Mahir Emreli “Dinamo”da ilk qolunu vurub
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda ilk qolunu vurub.
Metbuat.az xəbər verir ki, 25 yaşlı hücumçunun komandası səfərdə “Riyeka”ya qarşı keçirdikləri XXX tur matçında 2:1 hesablı qələbəsi ilə meydandan ayrılıb.
57-ci dəqiqədə meydana daxil olan millimizin futbolçusu 79-cu dəqiqədə rəqib qapısından qol keçirib. O, qolla yanaşı, 87-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, Mahir Emreli bu ilin fevral ayında “Dinamo”ya keçib və klub futbolçu ilə 4,5 illik müqavilə imzalayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.