Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda növbəti qolunu vurub.
Metbuat.az xəbər verir ki, 26 yaşlı hücumçu “Rudes”ə qarşı keçirdikləri çempionatın IX tur oyununda fərqlənib. Emreli 38-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb.
Qeyd edək ki, matçda ilk hissə başa çatıb və “Dinamo” 2:0 hesabı ilə öndədir.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mahir #Emreli #Dinamoda #növbəti #qolunu #vurdu