Mahir Emrelinin oyun zamanı çiyni çıxıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çiyni çıxıb.
Metbuat.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç bildirib. O qeyd edib ki, Emreli həkimlər meydana daxil olanadək çiynini yerinə salıb.
Hətta Emreli həmin epizoddan sonra ayağa qalxaraq, oynamağa davam edib.
Qeyd edək ki, “Dinamo” “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəlib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.