Makron aktiv “Telegram” istifadəçisidir – KİV
“Fransa prezidenti Emmanuel Makron ilk prezidentlik kampaniyası başlayandan aktiv “Telegram” istifadəçisidir. O, Fransa Nazirlər Kabinetinin əksər üzvləri və ölkənin digər siyasi xadimləri kimi hələ də messencerdən istifadə edir”.
BEY.AZ xəbər verir ki, bu barədə keçmiş fransız deputat Politico-ya verdiyi məlumatda deyib.
O bildirib ki, messencer xüsusilə Fransa prezidentinin tərəfdarları arasında populyardır.
Keçmiş deputat qazet nümayəndələrinə Fransa prezidentinin profilni və Makronla son yazışmasınıda göstərib.
Qeyd edək ki, Paris prokurorluğu Pavel Durovun 12 cinayət törətməkdə ittiham olunduğunu açıqlayıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |