fbpx

Makron Netanyahu ilə Qəzza zolağını müzakirə etdi


Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı “HƏMAS” ilə davam edən danışıqları başa çatdırmağa çağırıb.

BEY.AZ xəbər verir ki, bu barədə Yelisey Sarayından bildirilib.

Məlumata əsasən, E.Makron prioritet kimi girovların azad edilməsinin vacibliyini vurğulayıb və vasitəçilik səylərini tam dəstəklədiyini bildirib. O, həmçinin İsrailin bölgədəki əməliyyatlarını dayandırmağa çağırıb.

E.Makron B.Netanyahu ilə girovların azad edilməsinə, mülki şəxslərin müdafiəsinə və regional gərginliyin azaldılmasına zəmanət verəcək razılaşmanın əldə olunmasının zəruriliyini müzakirə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin