Makron sabah İsrailə gedəcək
Fransa prezidenti Emmanuel Makron sabah, oktyabrın 24-də İsrailə səfər edəcək.
BEY.AZ xəbər verir ki, bu barədə Fransa Prezidentinin mətbuat xidmətindən bildirilib.
E.Makronun İsrailin rəsmi şəxsləri, o cümlədən həmkarı İsxak Hersoqla görüşü gözlənilir.
Qeyd edək ki, oktyabrın 7-dən HƏMAS İsrail arasında müharibə davam edir.