fbpx

“Makronun Cənubi Qafqaz siyasəti iflasa uğrayır”

Rüya Yorumları burda


Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa tərəfinin Azərbaycanı “diktatura” adlandırması məsələsi ilə bağlı yerli medianın sualına cavablandırıb.

XİN-nin sözçüsü bildirib ki, Fransa tərəfi əmin olmalıdır ki, Azərbaycana qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq.

Milli Məclisin deputatı Cavanşir Feyziyev BEY.AZ-a açıqlamasında deyib ki, ümumiyyətlə, Fransanın Cənubi Qafqaz siyasətində məntiq və ardıcıllıq axtarmaq mümkün deyil:

“Emanuel Makronun prezidentlik müddəti ərzində Fransa həm Minsk Qrupunun həmsədri qismində münaqişənin nizamlanmasında iştirak edib, həm də gizli formada Ermənistanın işğal siyasətini dəstəkləyirdi. Vətən müharibəsindən sonra Fransa tərəfindən istər dövlət, istərsə də parlament səviyyəsində açıq düşmənçilik siyasəti yeridilirdi. Birtərəfli qaydada Ermənistanı silahlandırmaq və Azərbaycana qarşı revanşa təhrik etmək isə Fransanın Cənubi Qafqaz siyasətinin iç üzünü açıb göstərdi. Fransa ilə Azərbaycan arasında 4 ilə yaxın davam edən siyasi-diplomatik gərginlik artıq Fransanın öz səhvini anlaması və geri çəkilməsi ilə başa çatmaqdadır. Fransa səfirinin geri çağırılmasından qısa müddət sonra Azərbaycana qayıtması və tez bir zamanda Laçına səfər etməsi məğlubiyyətin etirafı kimi başa düşülməlidir”.

Cavanşir Feyziyev hesab edir ki, Fransa daxili işlər nazirinin Azərbaycanın guya bu ölkənin “daxili işlərinə qarışması” haqqında söylədiyi absurd fikirlər böhtan olmaqla yanaşı, həm də Azərbaycanla siyasi rəqabətdə acizlik və çarəsizlik göstəricisi kimi qəbul olunmalıdır:

Rüya tabirlerini burdan oku

“Bu gün Cənubi Qafqazda gedən proseslər onu göstərir ki, artıq Ermənistan siyasi dairələri də Fransanın məkrli planlarını başa düşür və Emanuel Makronun Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə müdaxiləsini məhdudlaşdırır. Bu isə Makronun Cənubi Qafqaz siyasətinin iflasa uğraması deməkdir”.

Gülbəniz Hüseynli / BEY.AZ







MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu