Makronun Putinlə görüşü ümidsizliyə səbəb olub
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Makron ötən gün Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Metbuat.az xəbər verir ki, səfərdən əvvəl Fransa mətbuatına açıqlama verən Makron Putinlə dialoqun müharibənin qarşısını almaq üçün kifayət edəcəyinə ümid etdiyini və Rusiya liderinin daha çox mövzunu müzakirə etməyə açıq olacağını düşündüyünü bildirib. Makron bəyan edib ki, Avropa ölkələrini qorumaq və Rusiyanı razı salmaq üçün “yeni balans lazımdır”.
“Biz suverenliyi və sülhü müdafiə edəcək yeni balans təklif etməklə avropalı qardaşlarımızı qorumalıyıq. Bunu etməklə biz Rusiyaya hörmət etməli və bu böyük ölkənin travmalarını başa düşməliyik”.
Daha sonra Kreml Sarayında bir araya gələn Putin və Makron ikitərəfli görüşdən əvvəl mətbuata qısa açıqlamalar veriblər. Fransanın dialoq prosesinə töhfə vermək üçün səy göstərdiyinə diqqət çəkən Putin deyib ki, “Rusiya və Fransanın təhlükəsizlik mövzularında ortaq narahatlıqları var”.
Digər tərəfdən Makronun səfərinin Moskvada böyük gözləntilər yaratmaması diqqət çəkib. Kreml görüşün vacib olduğunu, lakin həlledici nəticələrin gözlənilmədiyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov “Vəziyyət görüşdə həlledici nəticələr gözləmək üçün çox mürəkkəbdir” deyə açıqlama verib.
Qeyd edək ki, Fransa prezidenti Putinlə görüşdən əvvəl ABŞ prezidenti Co Baydenlə telefonla danışıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.