Maksim Medvedev millidəki karyerasını başa vurur
BEY.AZ informasiya agentliyi xəbər verir
“Qarabağ”ın kapitanı Maksim Medvedev millidəki karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
Metbuat.az xəbər verir ki, millimizin də kapitanı olan 33 yaşlı müdafiəçi “Qəbələ” ilə bugünkü oyundan sonra təşkil olunan mətbuat konfransında 1 ildən sonra yığmadan gedəcəyini deyib:
“İnanmıram ki, Rəşad Sadıqovun yığmada 111 oyunluq hədəfinə çata bilərəm. Ona görə də yəqin ki, bir ildən sonra karyeramı bitirəcəyəm Çünki 34 yaş milli karyerasını yekunlaşdırmaq üçün əsas vaxtlardan biridir”.
Qeyd edək ki, Maksim Medvedev 2009-cu ildən milli komandamızda çıxış edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.