fbpx

Malıbəyli və Quşçular qətliamı – 31 il ötdü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Malıbəyli və Quşçular qətliamından 31 il ötür.

Metbuat.az xatırladır ki, Qarabağ müharibəsi zamanı 10-12 fevral 1992-ci il tarixləri arasında erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.

Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə – yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı.

Rüya tabirlerini burdan oku

Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi.

Fevralın 5-də kəndlərin üstündə uçan bir vertolyot kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər payladı. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış vertolyotla mümkün olub. Şuşaya uçan axırıncı vertolyot yanvarın 28-də ermənilər tərəfindən vurulub.

Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edilib.

Təcavüzkar silahlı birləşmələrin tərkibi Suriya, Livan, ABŞ və Fransadan gəlmiş könüllü ermənilərdən ibarət olub.

Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı soyqırımı, Ağdaban soyqırımı və əsrin ən böyük faciələrindən biri Xocalı soyqırımı baş verib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Malıbəyli #və #Quşçular #qətliamı #ötdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu