fbpx

“Manafla Afət Maqsuda pul vermədi, mən 1000 manat göndərdim”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə tanınmış müğənni, Əməkdar artist Vasif Məhərrəmli zərərçəkmiş qismində ifadə verib.

Müğənni bildirib ki, M. Mahmudov ona xəbər göndərib: “Deyirdi ki, niyə şəhid ailələrinə baş çəkmirsən? Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam və orda yaşlı qadın saxlayıram. Mən ona dedim ki almışam, öz işimdir. Soruşdum ki, bu informasiya səndə hardandır? Dedi ki, mənə bir xanım məlumat verib. Dedi ki, öyrənib xanımın adını mənə deyəcək. Səhəri gün Maqsud Mahmudov canlı efirdə heç nə demədi. Bizim münasibətimiz yarandı. Mən ona dəfəLərlə dedim ki, kimlərinsə küyü ilə efirdə məlumatlar danışmasın. Mən bunu ona tövsiyə etdim”.

Rüya tabirlerini burdan oku

Əməkdar artist deyib ki, bir müddət sonra M. Mahmudov müğənni Cavanşir Məmmədovla bağlı danışmağa başlayıb: “Mən Maqsuda təklif etdim ki, belə şayiələr yaymasın. Bir müddət Maqsud sakit oturdu. Bir müddətdən sonra müğənni Manaf Ağayevlə bağlı danışmağa başladı. Maqsud ancaq şou-biznes əhlini söyməklə məşğul idi. O, Manaf Ağayev və Afət Fərmanqızından pul istədi. Onlar pul vermədi. Amma mən 1000 manat verdim. Maqsudu şəxsən görməmişəm. Pulu başqa bir şəxsə verdim. İndi mənim pulumu qaytarmayıb. Tələbim odur ki, mənim min manatımı versə, yaxşı olar”.

Təqsirləndirilən Maqsud Mahmudov zərərçəkənin ifadəsi ilə bağlı bildirib ki, Vasif Məhərrəmliyə zəng edib və danışıb: “Vasif Məhərrəmli mənə dedi ki, onları niyə söyürsən? Mən də dedim ki, öz işimdir. Vasif dedi ki, onlar mənim qohumlarımdı. Bir gün Afət mənim uşaqlarımın şəklini internetdə paylaşdı və bildirdi ki, vətən xainininin uşaqlarıdır. Mən Afəti söydüm efirdə. Vasif məni Afətlə calaşdırdı. Afətdən soruşdum ki, mənim uşaqlarımın şəklini niyə yaymısan? O da dedi ki, bir saata silinəcək. Həqiqətən də bir saata silindi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Manaf Ağayevlə Vasif Məhərrəmlinin İlham adlı dostunun ona 30 min manat borcu olub: “Mən Manafla Vasifə dedim ki, o adam mənim pulumu qaytarsın. Vasif dedi ki, mən ona deyərəm. Dedim ki, pulumu 3 min, 3 min qaytarsın. Vasif zəng elədi onunla danışdı və mənə bildirdi ki, pulu başqa adama vermişəm. Vasif dedi ki, biz Manafla adama 500 manat verərik sənə. Mən dedim ki, mənə elə pul lazım deyil. Vasif dedi ki, mən sənə qardaş payı verirəm”.

Vasif Məhərrəmli bildirib ki, Maqsud yalan danışır: “Maqsud mənə dedi ki Manafı axşam söküb-yığacam. Mən də Manafa dedim ki Maqsud belə deyir. Manaf dedi ki, mən niyə ona pul verməliyəm? Mən heç nə demədən pulu göndərdim”.

Proses davam edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu