fbpx

Mançini qovulur – “Yağlı tikə”ni əlindən aldılar



Səudiyyə Ərəbistanı Futbol Federasiyasının Roberto Mançinini baş məşqçi vəzifəsindən uzaqlaşdıracağı iddia edilib.

BEY.AZ xəbər verir ki, federasiya millidəki uğursuzluqdan sonra belə qərar verib. “La Gazzetta dello Sport”un xəbərinə görə, 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki uğursuz futbol Səudiyyə Ərəbistanı Futbol Federasiyasını narazı salıb. Xəbərə görə, Mançininin yerinə mümkün namizədlər artıq bəlli olub. İlk alternativ kimi əvvəllər “Əl Nəssr”, “Əl Hilal” və “Əl İttihad” komandalarını çalışdırmış, hazırda Braziliyanın “Korintians” komandasını çalışdıran argentinalı məşqçi Ramon Diaz irəli sürülüb. İddialara görə, digər namizəd 2019-2023-cü illərdə Səudiyyə Ərəbistanı milli komandasında çalışmış fransalı baş məşqçi Herve Renarddır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2023-cü ildə vəzifəsinin icrasına başlayan Roberto Mançini ilə 2027-ci ilə qədər müqavilə bağlanıb. Mançini Səudiyyə Ərəbistanı millisi ilə 18 matçda 7 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətə imza atıb.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin