fbpx

Maqsud Mahmudov bəraət istəyir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudov barəsindəki ittihamedici hökmdən narazıdır.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin vəkili müvəkkkili barəsindəki hökmün ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti verib. Maqsud Mahmudov məhkəmədən bəraət qərarı qəbul edilməsini istəyir.

Şikayət Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

91 nəfərin zərərçəkmiş kimi tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hökmə əsasən Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu