fbpx

Mariupolda hamilə qadın doğum evinin partladılması zamanı ÖLÜB

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Mariupolda rus ordusunun hava hücumu zamanı doğum evində olan hamilə qadınlardan biri ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Amerikanın Səsi”nin jurnalisti Asya Dolina məlumat verib.

“Mariupoldakı 3 nömrəli doğum evinin partladılması nəticəsində xərəkdə aparılan qızlardan biri və bətnindəki uşaq ölüb “, – deyə jurnalist bildirib.

Rüya tabirlerini burdan oku

Xəstəxananın atəşə tutulması zamanı əziyyət çəkən qadınlardan digəri – Marianna Podqurskayanın isə qız uşağı dünyaya gətirib.

Qeyd edək ki, rus ordusunun doğum evinə hücumu nəticəsində 17 nəfər yaralanmışdı. Bu hadisədən sonra Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında paylaşım edərək Rusiyanın hücumlarını pisləyib, doğum evinə zərbələr nəticəsində dağıntılar altında uşaqların olduğunu qeyd edib.

Rusiya XİN başçısı Sergey Lavrov Ukraynanın Mariupol şəhərində yerləşən doğum evinin bombalanması haqqında jurnalistlərin suallarını cavablandırarkən isə sərt reaksiya nümayiş etdirmişdi. O doğum evində hadisə zamanı nə tibbi personalın, nə də doğulan uşaqların olduğunu bildirərək xəstəxananın atəş nöqtəsi kimi istifadə edilidiyini demişdi”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu