Mariupolda öldürülən dinc sakinlərin sayı açıqlandı
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatları zamanı Mariupolda 10 mindən çox ukraynalı dinc sakin həlak olub.
Metbuat.az xəbər verir ki, bu barədə şəhər meri Vadim Boyçenko Ukrayna mediasına müsahibəsində deyib.
Onun sözlərinə görə, qurbanların sayı 20 min nəfəri keçə bilər, çünki Rusiya hərbçilərinin davamlı hücumları nəticəsində Mariupol sakinlərinin cəsədləri hələ də küçələrdə qalıb.
Boyçenko həmçinin qeyd edib ki, işğalçılar dinc əhalinin qətliamlarını gizlətmək üçün həftələrdir Mariupola gedən humanitar karvanların qarşısını kəsiblər.
Bundan əlavə, mer şəhərin blokadası zamanı ölənlərin sayını gizlətmək üçün rus hərbçilərinin səyyar krematoriyalardan istifadə etməsi ilə bağlı yeni təfərrüatları açıqlayıb.
Boyçenkonun sözlərinə görə, rus qoşunları Mariupol sakinlərinin cəsədlərinin çoxunu anbarların və soyuducuların olduğu nəhəng ticarət mərkəzinə aparıblar. İşğalçılar krematoriyaları adi yük maşınları kimi maskalayıblar.
Boyçenko onu da qeyd edib ki, Mariupolda hələ də 120 minə yaxın insan qida, su, istilik və kommunikasiyaya ehtiyacı var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.