fbpx

Marketlərdə məhsullarının qiyməti ucuzlaşacaq? – Yeni məcəllədən gözləntilər / AÇIQLAMA

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Xəbər verdiyimiz kimi bir neçə gün bundan əvvəl Milli Məclis Rəqabət Məcəlləsini ilk oxunuşda qəbul etdi. Hazırda əhalinin bu məcəllədən əsas gözləntisi bazarlarda ucuzlaşmanın olub-olmaması ilə bağlıdır.

Bu barədə Metbuat.az-a açıqlama verən millət vəkili Razi Nurullayev bildirdi ki, qanun idxal olunan mallar üzrə ucuzluq yaratmayacaq.

“Azərbaycan bazarında başqa idxalçılara maneçilik törədib müəyyyən məhsulları ölkəmizə idxal edən vəzifəli şəxslər və onların himayə ediyi sahibkarlar var. Bu məsələ indi demək olar ki, aradan qaldırılıb, vergi və gömrükdə xeyli şəffaflıq yaranıb və idxalçılara münasibət müsbətə doğru dəyişib. Bu baxımdan Rəqabət məcəlləsinin idxal olunan mallar üzrə ucuzluq yaradacağını zənn etmirəm. Vətəndaşlarımız da ümidlənməsin. Yox, yanlışlığım varsa, istərdim ki, bu barədə izahat verilsin. Ucuzluq necə yaranacaq, bunu sadə izahla bilmək istərdik”.

Deputatın partiyası qeydiyyata alınmadı -

Razi Nurullayev deyir ki, məcəllənin düzgün işləyə bilməsi üçün bazarda rəqabət yaradan şirkətlərin yaranmasına ehtiyac var:

Rüya tabirlerini burdan oku

“Bu gün SOCAR, onun tərkibinə daxil olan “Azəriqaz”, Azərişıq”, həmçinin “Azərenerji” və AZAL hamısı təbii inhisarlardır. Bu təbii inhisarçıları dövlət tənzimləyir, bazarda da digər oyunçular yoxdur. Bu məcəllə onlarə necə təsir edəcək, bu anlaşılan deyil. Maraqlıdır, AZAL ilə rəqabət apara biləcək hava şirkətlərimiz olacaqmı? Yaxud yuxarıda adını çəkdiyim şirkətlərdən başqa da şirkətlər olacaqmı ki, onlar aralarında Rəqabət məcəlləsi işləyib tənzimləmə apara bilsin. Hər halda bu məqamlar qanunda qeyd olunarsa, o zaman rəqabət yarada biləcək şirkətlərin yaranması üçün əsaslar yaranar və sərmayə qoymaq istəyənlərin stimulu və motivasiyası əmələ gələr”,- deyə R. Nurulayyev qeyd edib.

Millət vəkili Vüqar Bayramov da hesab edir ki, Rəqabət Məcəlləsinin müzakirəsi və qəbulu vacib olmaqla yanaşı, həm də onun icrası olduqca əhəmiyyətlidir.

“Rəqabət Məcəlləsinin tətbiqi və bunun icrasının bazara, eləcə də iqtisadiyyata təsirləri çox önəmlidir. Bütün hallarda Rəqabət Məcəlləsinin qəbul edilməsi, müzakirəsi və qəbul olunması pozitiv bir addımdır. Bu, bir daha təsdiq edir ki, Azərbaycan iqtisadi islahatların dərinləşməsində və iqtisadiyyatın aparılmasında maraqlıdır. Monitorinqlər də göstərir ki, istehlak bazarında bəzi məhsullar üzrə süni qiymətlər mövcuddur, inhisarçı mövqe qiymətlərə təsir göstərir. Ona görə də Rəqabət Məcəlləsi bazarda rəqabətin gücləndirilməsi və monopoliyanın minimallaşdırılmasını özündə ehtiva edir”.


Millət vəkili hesab edir ki, Rəqabət Məcəlləsinin funksiyasını yerinə yetirə bilməsi üçün bəzi kommunal xidmətlərin mərhələli şəkildə özəl sektorun idarə edilməsinə verilməlidir:

“Nəticədə, bazarda rəqabətin güclənəcək, qiymətlərin optimallaşdırılması baş verəcək. Bizim təklifimiz odur ki, bu istiqamətdə özəl sektorun cəlb olunması üçün addımlar atılsın. Düşünürəm ki, Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra bütövlükdə iqtisadiyyatın liberallaşması istiqamətində islahatlar daha da dərinləşəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az

BUNU DA OXU

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Marketlərdə #məhsullarının #qiyməti #ucuzlaşacaq #Yeni #məcəllədən #gözləntilər #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu