Martda Bakıdan Şuşaya 799 sərnişin daşınıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərə təşkil edilən müntəzəm avtobus reyslərinin mart ayı üzrə statistikası açıqlanıb.
Xidmətdən Metbuat.az-a verilən məlumata görə, hesabat dövründə Bakı Beynəlxalq Avtovağzaldan Şuşaya 799, Ağdama isə 154 sərnişin daşınıb.
Bununla yanaşı, Bərdə avtovağzalından Ağdama – 408, Əhmədbəyli avtostansiyasından isə Şuşa köhnə avtovağzalına – 470 sərnişin daşınıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.