fbpx

“Masada Zəngəzurdur” – Ərdoğan Putinlə görüşür

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə sentyabrın 4-ə planlaşdırılmış görüşü olduqca vacibdir. Bu görüş dünyada ümumi hərbi-siyasi vəziyyətin mürəkkəbləşməsi fonunda reallaşır.

Metbuat.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya və Türkiyənin dövlət başçılarının Soçidə nəzərdə tutulan görüşü haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bu görüş Moskva və Ankaranın münasibətlərinin daha da dərinləşəcəyi baxımından əhəmiyyət daşıyır:

Rüya tabirlerini burdan oku

“Bu görüşdən əhəmiyyətli nəticələr gözləyirik. İlk növbədə taxıl müqaviləsinin Qərbin şərtləri yox, Ankara ilə Moskvanın razılaşması, xüsusilə də Putinin irəli sürdüyü təşəbbüs əsasında bərpasından söhbət gedir. Həmçinin, Ankara ilə Moskva arasında hərtərəfli iqdisadi münasibətlərin inkişaf etdirilməsində sadiqlik təsdiqlənəcək”.

Ekspert bildirib ki, Türkiyə Rusiya üçün vacib tərəfdaşdır:

“Şimal-cənub multimodel nəqliyyat dəhlizi işə düşməyib. Türkiyə bu gün Rusiya üçün, hələ ki, eksport-import əməliyyatlarında çox vacib xab rolunu oynayır. Hətta dəhliz işə düşdükdən sonra da Türkiyənin rolu azalmayacaq. Moskva tezliklə Zəngəzur nəqliyyat dəhlizinin işə düşməsində maraqlıdır. 2020-ci ilin noyabrında üçtərəfli bəyanatda razılaşma əldə olunmuşdu ki, yükdaşımalara və trafikə nəzarəti FTX-nin Sərhəd Xidməti həyata keçirəcək. Putinlə Ərdoğanın görüşü bir daha göstərəcək ki, müasir dünyanın iki müstəqil nüfuzlu modern ölkəsi öz milli maraqlarını müdafiə edəcək. Rusiya-Türkiyə münasibətlərində mümkün olan istiqamətlərdə əməkdaşlıq bir daha təsdiq olunacaq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Masada #Zəngəzurdur #Ərdoğan #Putinlə #görüşür

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu