fbpx

Masallıda həmkəndlilərinin evlərindən oğurluq edən dəstə üzvləri saxlanılıblar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub. Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev əsasən yaşayış olmayan evləri seçərək 2 gecə ərzində ümumilikdə 8 evdən məişət əşyalarını oğurlayıb müxtəlif ünvanlarda satıblar. Onların hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rüya tabirlerini burdan oku





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Masallıda #həmkəndlilərinin #evlərindən #oğurluq #edən #dəstə #üzvləri #saxlanılıblar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu