Maşın bazarlarında vəziyyət necədir? – VİDEO
BEY.AZ informasiya agentliyi xəbər verir
Gəncənin maşın bazarında alıcılara təqdim edilən avtomobillərin sayında artım müşahidə edilir. Amma satıcılar müştəri azlığından gileylənirlər.
Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bazarda həm sovet maşınları, yerli, həm də xarici maşınlar var.
Bazara üz tutan azsaylı müştərilər isə qiymətlərin yüksək, təklif edilən avtomobillərin keyfiyyətsiz olduğunu iddia edirlər.
Bərdənin avtomobil bazarında da bənzər vəziyyət hökm sürür-maşın çox, alan azdır.
Bazarda Rusiya istehsalı olan maşınlar üstünlük təşkil edir.
Bazarda qiyməti 4-7 min manat arasında dəyişən Rusiya istehsalı olan avtomobillərə maraq çoxdur. Az sayda müştəri xarici maşın alır.
Satıcılar bazarda müşahidə edilən durğunluğun qarşıdakı aylarda bitəcəyinə ümid edirlər.
Daha ətraflı videomaterialda:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Maşın #bazarlarında #vəziyyət #necədir #VİDEO