Mask Makronu Durovun həbsinin səbəblərini izah etməyə çağırdı
Məhşur iş adamı İlon Mask Fransa prezidenti Emmanuel Makronun “Telegram”ın yaradıcısı Pavel Durovun ölkədə saxlanılması ilə bağlı açıqlamasına cavab verib.
BEY.AZ xəbər verir ki, Mask Makronu Pavel Durovun saxlanılmasının səbəblərini izah etməyə çağırıb.
O, X sosial şəbəkəsində Makronun paylaşımına cavab olaraq yazıb:
“Dünya ictimaiyyətinin onun niyə həbs edildiyi barədə daha ətraflı məlumat əldə etməsi faydalı olardı”.
Qeyd edək ki, rus-fransız milyarder Pavel Durov Paris yaxınlığındakı Burke hava limanında saxlanılıb. O, şəxsi təyyarəsi ilə səyahət edərkən Fransa polisinin ilkin araşdırması çərçivəsində həbs qərarı ilə saxlanılıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |