Mask mitinq təşkil etdi, Tramp gəlmədi
Amerikalı milyarder İlon Mask prezidentliyə namizəd Donald Trampı dəstəkləmək üçün ilk dəfə təkbaşına mitinq keçirib.
BEY.AZ xəbər verir ki, mitinq Pensilvaniya ştatının Filadelfiya şəhərində təşkil edilib. Mask mitinqdə iştirakçıları erkən qeydiyyatdan keçib səs verməyə çağırıb. Pensilvaniyada Respublikaçı namizədə dəstək üçün keçirilən mitinqə ilk dəfə tək qatılan Mask iştirakçıların suallarını cavablandırıb. Mask ABŞ Konstitusiyasının üstünlüyünü vurğulayaraq “Mən əvvəllər siyasi cəhətdən aktiv deyildim, amma indi siyasi cəhətdən aktivəm, çünki Amerikanın gələcəyinin və sivilizasiyanın gələcəyinin təhlükə altında olduğunu düşünürəm” deyə bildirib.
Qeyd edək ki, Pensilvaniya ştatı Donald Trampla Kamala Harris arasındakı yarışın rəqabətli keçəcəyi əyalətlərdən biri kimi təqdim edilir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |