fbpx

Mat olan Paşinyan 1975-ci il xəritəsində niyə israr edir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Mayın 26-da Moskvanın moderatorluğu ilə keçirilən Ali Avrasiya İttifaqı Şurasının iclasında Prezident İlham Əliyev və erməni baş nazir Nikol Paşinyan arasında dialoq daha çox söz duelini xatırladırdı.

Prezident İlham Əliyev hər zaman olduğu kimi erməni baş nazirin sayıqlamalarına dəqiq, faktlara və sənədlərə əsaslanaraq cavablar verərək masada Paşinyanı mat vəziyyətinə saldı.

Verilən cavablar qarşısında əzildiyinin fərqinə varan Paşinyan tez-tez Rusiya lideri Vladimir Putindən söz alaraq əsassız ittihamları ilə vəziyyəti xeyrinə dəyişmək istəsə də, onun üsyankarlığı müzakirədəki rolu gülünc hal almağa başlayırdı. Sərhədlərin delimitasiya və demarkasiyasının 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə əsasən aparılmalı olduğunu israrla qeyd edən Nikol Paşinyan görünür, Laçında qoyulan postlarımızın Ermənistan ərazisində qalmasına cəhd edir.

Vəziyyəti Metbuat.az-a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, Ermənistan rəhbərliyi bu ölkəni gözləyən real təhlükələri artıq anlamağa başlayıb.

Rüya tabirlerini burdan oku

Elçin Xalidbəyli

“Rəsmi İrəvan Ermənistanın Azərbaycan ərazilərində yaradılmış qondarma “dövlət” hamıdan yaxşı bilir. Ona görə də, Azərbaycanın öz tarixi ərazilərinə iddia edəcəyindən ciddi şəkildə narahatdır. Təbii ki, bu səbəbdən rəsmi İrəvan Ermənistanı qorumaq üçün müxtəlif manipulyasiyalar edir. Ermənistan baş naziri Nikol Paşinyanın 1975-ci ilə aid xəritələri gündəmə gətirməsi də məhz həmin manipulyasiyaların sırasına daxildir. Və erməni baş nazir anlayır ki, daha tarixi xəritələrə doğru getdikcə, Ermənistan adlı “dövlət” yoxa çıxır”.

Rəsmi Bakının Ermənistanın mövqeyinə o qədər də əhəmiyyət vermədiyini qeyd edən Elçin Xalidbəyli hesab edir ki, Azərbaycanın öz hədəfləri var.

“İndiki situasiyada Azərbaycana hansı xəritələr daha sərfəlidirsə, onlarla delimitasiya prosesinə başlamaq niyyətindədir. Hələlik rəsmi Bakı xəritələr barədə hansısa mövqe bəyan etməyə tələsmir. Çünki Azərbaycan üçün sülh prosesinin inkişafı delimitasiya mərhələsinə çatmayıb. Rusiya üçün də delimitasiya prosesinin mübahisəli məzmun daşıması tamamilə sərfəlidir. Kreml belə mübahisələrdən regional sülh prosesini pozmaq üçün istifadə etmək niyyətindədir. Ancaq Kremli Ermənistanın sərhədlərinin keçəcəyi ərazilər qətiyyən maraqlandırmır. Rusiya Cənubi Qafqazda öz mövcudluğunu qoruyub, saxlamaq üçün ehtiyac yaranarsa, hətta Ermənistanın ümumiyyətlə, yox olmasına belə, etiraz etməz”.

E.Xalidbəyli xüsusilə ifadə etdi ki, Rəsmi Bakı Azərbaycanın maraqlarını nə Rusiyaya, nə də Ermənistana güzəştə getmək niyyətində deyil.

“Moskva görüşünün nəticəsi, yəni, formal xarakter daşıması da bunu təsdiqləyir. Rəsmi Bakının Azərbaycana aid əraziləri Ermənistandan geri alacağı qətiyyən şübhə doğurmur. Buna nə Ermənistan, nə də Rusiya əngəl ola bilməz”.

Politoloq Məhəmməd Əsədullazadənin analizinə görə, N.Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınmasından sonra, Moskva görüşündə Kremlin təklif edəcəyi hərhansı bir təklif qəbul edilməyəcəkdir.

Məhəmməd Əsədullazadə

“Rusiya Qarabağı Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü kimi qəbul etməsini gözləmirdi. Ona görə də Moskva görüşü nəticəsiz oldu. Bu, Azərbaycanın maraqlarına xidmət etməklə yanaşı, Brüssel formatının uğurlu olacağını göstərir. Rusiyanın Cənubi Qafqaz siyasətini Azərbaycan neytrallaşdıra bilib. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına da nail olacaq”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Avrasiya İqtisadi Birliyinin toplantısında Nikol Paşinyanla İlham Əliyev arasında yaşanan gərginlik üçtərəfli görüşə mənfi təsir edib.

Elxan Şahinoğlu yazır: Donald Trampın Qarabağla bağlı planı nədir?

Elxan Şahinoğlu

“Nikol Paşinyan İlham Əliyevin çıxında səsləndirdiyi koridor ifadəsinə kəskin reaksiya verdi. Paşinyanın məntiqinə görə guya “Zəngəruz koridoru” ifadəsi Azərbaycanın Ermənistanın ərazisinə iddianı əks etdirir, “Laçın koridoru” isə nəzarətdə olmamalıdır. İlham Əliyev də cavabında dedi ki, “Zəngəzur koridoru” nəqliyyat yoludur və özündə Ermənistana qarşı ərazi iddiasını ehtiva etmir, Laçın yolunda isə sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın müstəsna hüququdur və bu 2020-ci il 10 noyabr bəyanatına zidd deyil.

Nikol Paşinyan Moskvaya gəlmədən öncə Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Önəmli olan budursa, Paşinyan nədən Moskvada İlham Əliyevin “koridor” sözünə sərt reaksiya verib? Böyük ehtimalla Paşinyan bu ifadəyə ona görə etiraz edib ki, Ermənistana qayıtdıqda radikal müxalifətin tənqidlərinə tuş gəlməsi”.

Nikol Paşinyan iyunun 1-də Kişinyovda keçiriləcək görüşə ümid etdiyini ifadə edən politoloq xatırlatdı ki, Avropa Siyasi Şurasının Moldova paytaxtında keçiriləcək toplantısında İlham Əliyev-Nikol Paçinyan-Şarl Mişel görüşündə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcəklər.

“Paşinyanın Rusiyaya inamı yoxdur. O Makronun iştirak etdiyi format çərçivəsində saziş imzalamaq istəyir. Azərbaycan isə Makronsuz Brüssel formatı çərçivəsində sazişə üstünlük verir. Ancaq əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atmağa hazırdırsa, məkanın və iştirakçıların xüsusi əhəmiyyəti yoxdur”.

Gülbəniz Hüseynli / Metbuat.az





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mat #olan #Paşinyan #1975ci #xəritəsində #niyə #israr #edir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu