May ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.
ƏƏSMN-dən Metbuat.az-a verilən məlumata görə, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
“Beləliklə, may ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb. Mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 13-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib”, – nazirlikdən vurğulanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.