Mbappe seçim qarşısında – “Real” üçün anasından imtina etməlidir
PSJ-nin futbolçusu Kilian Mbappe “Real Madrid”ə transfer olmaq üçün böyük fədakarlıq etməlidir.
BEY.AZ xəbər verir ki, Mbappenin transfer məsələləri hazırda onun yaxın ailə üzvləri tərəfindən idarə olunur. Transfer işləri ilə Mbappenin anası məşğul olur. “Marca” qəzetinin məlumatına görə, 24 yaşlı futbolçu “Real Madrid”ə transfer olmaq üçün anası ilə işgüzar əlaqələrini dayandırmalıdır. Bunun səbəbi FİFA-nın yeni qaydasında transfer və müqavilələrin yalnız lisenziyalı menecerlər tərəfindən müzakirə olunması ilə bağlı tələbin olmasıdır. Mbappenin anası Lamari isə FİFA Nümayəndəlik Platformasının üzvü deyil və buna görə də heç bir oyunçunu rəsmi olaraq təmsil etmək hüququ yoxdur.
Qeyd edək ki, Kilian Mbappenin müqaviləsi bu mövsümün sonunda başa çatır. O bu mövsümün sonunda “Real Madrid”ə transfer olmaq istəsə anası ilə işgüzar əlaqəsini yekunlaşdırmalıdır. Çünki Lamari bu mövsümün sonuna qədər müvafiq sertifikatları ala bilməyəcək və oğlunu təmsil etməyə davam edərsə, o cərimələnəcək. Mbappe İngiltərə və Almaniyaya transfer olmaq istəsə, anası ilə əlaqəsini yekunlaşdırmaya bilər. Çünki bu ölkələrin qaydalarında bəzi boşluqlar var.