fbpx

“McDonald’s Azərbaycan” internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTO


Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya üçün həmrəylik ili” elan edilməsi ilə əlaqədar müxtəlif ekoloji layihələrin həyata keçirilməsinə başlanılıb.

Belə layihələrdən biri də “McDonald’s Azərbaycan”ın “Care Group” ilə birgə həyata keçirdiyi “Eco-Ambassadors” təşəbbüsüdür.

Bu təşəbbüs çərçivəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə aprelin 26-da Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Tədbirdə “McDonald’s Azərbaycan” şirkətinin əməkdaşları və 11 saylı inteqrasiya təlimli internat məktəbinin 100 şagirdi iştirak edib.

Aksiya çərçivəsində bir gün ərzində 200-dən çox ağac əkilib ki, bu da ətraf mühitin yaxşılaşdırılmasına mühüm töhfədir.

Bu təşəbbüs gənc nəsildə ətraf mühitə qarşı məsuliyyət hissinin inkişafına yönəlib. Aksiya iştirakçıları təbiətin qorunmasına töhfə verməklə yanaşı, ətraf mühitin mühafizəsinin gələcək nəsillər üçün əhəmiyyəti haqqında dəyərli təcrübə və biliklər əldə ediblər.

İlin sonuna qədər davam edəcək “Eco-Ambassadors” layihəsinin məqsədi yeniyetmələr arasında ekoloji maarifləndirmənin aparılması və mühüm ekoloji problemlər haqqında məlumatlılığın artırılmasıdır. Belə ki, layihə çərçivəsində Bakı şəhərində və Bakıətrafı ərazilərdə müxtəlif tədbirlər, o cümlədən ekologiyaya dair maarifləndirici seminarlar, tinglik qutularının quraşdırılması və plastik tullantıların idarə olunması üçün konteynerlərin quraşdırılması, ağacəkmə və sahilin təmizlənməsi kampaniyaları, gənclər tərəfindən kiçik ekoloji layihələrin işlənib hazırlanması və digər işlər həyata keçiriləcək. Bu praktiki məşğuliyyətlər yeniyetmələr arasında xüsusi bacarıqların inkişafına kömək edəcəkdir.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi daim “McDonald’s Azərbaycan” şirkətinin prioritet istiqamətləri sırasında olub və bu, onun fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb. Bura tullantıların minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi, plastikdən istifadənin azaldılması, daha ekoloji təmiz qablaşdırmaya, oyuncaq materiallarına və s. keçid daxildir. Bu yolla şirkət daha dayanıqlı biznesin inkişafına və planetimizin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə vermiş olur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin