fbpx

MEDİA və DGK-nın jurnalistlər üçün təşkil etdikləri birgə təlim başa çatıb

BEY MEDIA İnformasiya agenti xəbər verir


Dövlət Gömrük Komitəsi və Media İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə “Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda iki gün müddətində keçirilən təlim başa çatıb.

Metbuat.az xəbər verir ki, 40-a yaxın media qurumunun nümayəndəsinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi sahəvi jurnalistikanın inkişafına dəstəyə, eyni zamanda spesifik sahələrdən biri olan gömrük sahəsindəki biliklərin artırılmasına, gömrük-media əlaqələrinin daha da gücləndirilməsinə yönəlib.

Təlim çərçivəsində Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən gömrük sahəsində risklərin idarə edilməsi, informasiya texnologiyalarının tətbiqi, hüquqpozmalarla mübarizə, fiskal fəaliyyət, “Yaşıl Dəhliz” buraxılış sistemi, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklərə dair təqdimatlar nümayiş etdirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov çıxış edərək bildirib ki, təlimin məqsədi Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlar çərçivəsində tətbiq edilən yeniliklər, layihələr və dəyişikliklərlə bağlı jurnalistlərin məlumatlandırılmasıdır:

“Bu iki günlük tədbir çərçivəsində KİV nümayəndələrinə son illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Gömrük sistemində aparılan islahatlar və onun perspektivləri, nəticələri, gələcək hədəflər barəsində məlumatlar verəcəyik. Eyni zamanda bu tədbiri təşkil etməkdə ikinci əsas məqsədimiz ondan ibarətdir ki, sahəvi jurnalistikanın inkişafı ilə bağlı müəyyən formalaşdırmalar aparaq. Tədbirin keçirilməsində bizə dəstək olan Medianın İnkişafı agentliyinə dərin təşəkkürümüzü bildiririk. Onla bizə bu işdə yardımçı oldular. Gömrük spesifik bir sahə olduğu və burada sahəvi jurnalistikaya həqiqi mənada ehtiyac olduğu üçün ümidvarıq ki, tədbir gələcəkdə sahəvi jurnalistikanın inkişafına öz töhfəsini verəcək. Bu artıq bizim media nümayəndələri ilə beşinci görüşümüzdür. Budəfəki media təlimin fərqi isə ondan ibarətdir ki, bu tədbiri Medianın İnkişafı Agentliyi ilə birgə təşkil edirik. Bir daha verilən dəstəyə görə onlara təşəkkürümüzü bildirik.

MEDİA Agentliyi ilə birgə təşkil etdiyimiz bu tədbir həm də gömrük-media əlaqələrinin daha da gücləndirilməsində, sahəvi jurnalistikanın inkişafında, media nümayəndələrinin gömrük sahəsindəki biliklərinin artırılmasında mühüm rol oynayacaq”.

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova Medianın İnkişafı Agentliyinin media sahəsində həyata keçirdiyi islahatların istiqamətləri haqqında normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, media savadlılığının qurumun əsas prioritetlərindən olduğunu bildirib. O, çıxışını hər istiqamətə uyğun olaraq görülən işlər, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verməklə yekunlaşdırıb.


“Ölkənin müxtəlif orqanlarında gerçəkləşdirilən islahatlar barədə məlumatların cəmiyyətə düzgün çatdırılması, müxtəlif hədəf qruplarının bu sahədə baş verən dəyişikliklərin məzmun və mahiyyətindən zamanında xəbərdar olması, bu xüsusda dövlət qurumlarının media subyektləri ilə peşəkar əməkdaşlığının gücləndirilməsi Medianın İnkişafı Agentliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. MEDİA Agentliyi olaraq jurnalistlərin sahəvi biliklərinin artırılması məsələlərinə xüsusi önəm veririk və Dövlət Gömrük Komitəsi ilə birgə keçirilən bu təlimin faydalı olacağına əminik”.

Təlim çərçivəsində media nümayəndələrinin Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postuna səfəri olub. Səfər zamanı jurnalistlər gömrük sistemində tətbiq edilən yenilikləri əyani şəkildə müşahidə ediblər.

Tədbirin ikinci günündə də gömrük sahəsində media nümayəndələrinin maarifləndirilməsi yönündə tədbir davam etdirilib.


Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlının “Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər” mövzusunda, avtoqnəqliyyat vasitələrinin rəsmiləşməsi prosesindəki dəyişikliklərdən isə Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəis müavini Əsgər Məmmədli çıxış edib.

Sonda isə tədbir iştirakçılarına sertifikatlar verilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin