fbpx

Medianın sülh quruculuğunda iştirakı “etik prinsiplər” çərçivəsində olmalıdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Münaqişətərəfi olmuş cəmiyyətlər arasında dayanıqlı sülhün əldə edilməsi üçün həmin cəmiyyətlər nəzəri baxımdan sülhə hazırlanmalıdırlar.

Beynəlxalq statuslu jurnalist təşkilatlarından olan “Free Press Unlimited”in “Sülh quruculuğu və media” adlı hesabatında qeyd edilir ki, münaqişələr fərqli motivlər üzərində baş verirlər, savaş alətlərinə görə fərqlənirlər. Amma münaqişələrdən sonra başladılan sülh quruculuğu prosesində oxşar metodlardan, bənzər alətlərdən istifadə edilir. Sülh quruculuğu üçün istifadə edilən mühüm alətlərdən biri də mediadır. Media münaqişədə olmuş cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşdırılması üçün alət rolunda çıxış edə bilir.

“Deutsche Welle”in Almaniya Jurnalistlər Birliyi (VERDİ) ilə birgə hazırladığı “Media və Münaqişə Hesabatı”nda da bənzər fikirlər paylaşılır. Hesabatda qeyd edilir ki, “məlumat ictimai rəyə təsir edir, münaqişədə olmuş icmaların qavrayışlarını dəyişdirə bilir. Bu kontekstdə media sülh quruculuğu prosesinə töhvə verə bilir”.

Rüya tabirlerini burdan oku

Media sülh quruculuğu prosesində praktiki baxımdan necə iştirak edə bilir?

Mövzu üzrə suallarımızı Avropa Jurnalistlər Federasiyasının baş katibi, media mütəxəssisi Ricardo Gutierez cavablandırıb.

– Sual: Siz sülh quruculuğu prosesində medianın rolunu necə görürsünüz? Bu suala həm media mütəxəssisi, həm də Avropa Jurnalistlər Federasiyasının (EFJ) baş katibi qismində cavab verməyinizi istəyirik.

Cavab: Silahlı münaqişə və ya post-münaqişə kontekstdə medianın (jurnalistlərin) rolu sülh planını icra etməkdən, yaxud, diplomatik bir oyunçu olmaqdan ibarət deyildir. Jurnalistlər nə diplomat, nə də münaqişə tərəfi olan hərbi qüvvələrin əsgərləri kimi davranmamalıdırlar. Jurnalistlər sülh proseslərində iştirak edən milli hökumətlərin və ya hökumətlərarası təşkilatların xidmətində durmamalıdırlar. Medianın (jurnalistlərin) rolu, hakimiyyətdəkilərin kimliyindən asılı olmayaraq, ictimai maraq kəsb edən məlumatları təqdim etməklə vətəndaşlara (ictimaiyyətə) xidmət göstərməkdir. Jurnalistlərin mühüm funksiyalarından biri qərəzlı maraqlar naminə istifadə edilən dezinformasiyaları ifşa etməkdir. Bu, sülh prosesinin həyata keçirilməsi kontekstində də baş verə bilər. Jurnalistlər (media) “qaranlıqda yol göstərən” olmalıdırlar. İstənilən kontekstdə jurnalistikanın prinsiplərini – ictimai nəzarətçi, ictimai maraqların müdafiəçisi olmaq missiyasını unutmamalıdırlar. Onlar jurnalist etikasına hörmətlə yanaşmalıdırlar. Jurnalistikanın missiyasına uyğun olaraq, sülh quruculuğu prosesində də vicdanla hərəkət etməlidirlər. İctimaiyyət qarşısında bu məsuliyyət hissinin əsas məqsədi yanlış informasiyanın vura biləcəyi zərər riskini azaltmaqdır.

– Sual: Media münaqişə vəziyyətində olmuş cəmiyyətlər arasında sülhün əldə edilməsinə necə töhfə verə bilər? Sülh quruculuğu prosesində praktiki baxımdan necə iştirak edə bilir?

Cavab: Bu prosesdə iştirak “Etik normalar” çərçivəsində olmalıdır: həqiqəti xəbər vermək, ictimai maraqlara xidmət göstərmək medianın əsas missiyasıdır. Müxbirlər və redaktorlar öz cəmiyyətlərinə yardım göstərməlidirlər ki, münaqişələrin alternativi olan sülhü dəyərləndirə bilsinlər. Media “odun üstünə yanar maye tökməməlidir”, düşmənçiliyi qızışdırmamalıdır. Əksinə, münaqişə vəziyyətində olmuş cəmiyyətləri konstruktiv müzakirələr aparmağa cəlb etməlidir. Onlar cəmiyyət üçün faydalı ola biləcək xəbərlər proqramları hazırlaya bilərlər. Medianın ictimai dialoqu dəstəkləmək imkanları vardır. Jurnalistlər münaqişələrdə qurban olmuş şəxslərin (ailələrin) hekayələrini dərc edə bilərlər. Hər iki tərəfdən qurbanların səsini çatdıra bilərlər. Bununla da münaqişələrə nifrət, sülhə rəğbət yarada bilərlər.

Jurnalistlərdə münaqişəni ehtiva edən informasiyalara həssas yanaşma bacarıqları formalaşdırmaq lazımdır. Bunun üçün təlimlər təşkil edilməlidir. Professional təlim vacib elementdir. Sülhyaratma prosesində iştirak jurnalistlər üçün xüsusi təcrübə proqramlarının həyata keçirilməsini tələb edir. Bu, cəmiyyətə xidmət edən keyfiyyətli jurnalistika üçün sərmayədir.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.


Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihəçərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Medianın #sülh #quruculuğunda #iştirakı #etik #prinsiplər #çərçivəsində #olmalıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu