fbpx

Medvedev NATO-nu hədələdi – Yeni müharibə başlayır?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın yer üzündə apokalipsis yaradacaq addım atmaq imkanı ilə bağlı açıqlama verib. Medvedev deyir ki, Qərbin Kiyevin Krıma zərbələr endirməsinə razılıq verməsi Moskvanın NATO-ya qarşı hərəkət etməsinə imkan yaradır.

Medvedevin bu açıqlamasına münasibət bildirən millət vəkili Fazil Mustafa Metbuat.az-a bildirdi ki, bu gün Rusiya-Ukrayna cəbhəsində davam edən mübarizə elə Rusiyanın NATO ilə mübarizəsidir:

“Çünki bütün NATO ölkələri Ukraynaya səfərbər olunublar və burada da müharibəni aparırlar. Bu baxımdan da burada yeni bir situasiyadan söhbət getmir. Çox güman ki, Medvedevin dedikləri ümumi xarakterli, hədələyici açıqlamadır. Amma mahiyyətinə vardıqda biz görürük ki, bütövlükdə NATO ölkələrinin hamısı müharibəyə səfərbər olunublar. Rusiya əslində NATO silahları ilə üz-üzə vuruşur. Hesab edirəm ki, Medvedevin açıqlaması yeni bir situasiyadan xəbər verən açıqlama deyil”.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Medvedev ilk dəfə deyil ki, NATO-nu hədələyən açıqlamalar verir. “Kommersant” yazır ki, 2008-ci ildə məhz Rusiya prezidenti postunu tutan Dmitri Medvedev avqustun 8-də Cənubi Osetiyanın münaqişə zonasında sülh əməliyyatının başlandığını elan edib.

Bir müddət öncə Medvedev qeyd etmişdi ki, Qərb Rusiyanı yer üzündən silməyə çalışır:

“Bütün NATO sistemi praktiki olaraq bizə qarşı açıq mübarizə aparır. Xüsusi hərbi əməliyyatın bütün problemlərini həll etmək üçün kifayət qədər gücümüz var. 2008-ci ilin avqustunda olduğu kimi, indi də düşmənlərimiz məğlub olacaq və Rusiya öz şərtləri ilə sülhə nail olacaq”.

Gülbəniz Hüseynli



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Medvedev #NATOnu #hədələdi #Yeni #müharibə #başlayır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu