fbpx

Mehmanxana və hotellərin gəlirləri artıb

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz artaraq 369,8 milyon manat olub ki, onun da 60,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

BEY.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20,8 faiz səviyyəsində olub (2022-ci ilin yanvar-sentyabr aylarında 16,3 faiz). Bu göstərici Naftalanda 53,8 faiz, Şabranda 52,9 faiz, Qubada 32,3 faiz, Bakıda 29,6 faiz, Beyləqanda 27,3 faiz, Lənkəranda 26,6 faiz, Bərdədə 23,0 faiz, Ağcabədidə 21,0 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Mehmanxana #və #hotellərin #gəlirləri #artıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu