fbpx

Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım edir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.

Metbuat.az xəbər verir ki, bununla əlaqədar faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşəcək.

Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mehriban #Əliyevanın #göstərişi #ilə #Heydər #Əliyev #Fondu #Türkiyəyə #humanitar #yardım #edir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu