Mehriban Əliyevanın göstərişi ilə yardım təyyarəsi Türkiyəyə yola düşür
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan təyyarə yaxın saatlarda faciə bölgəsinə yola düşəcək.
Metbuat.az xəbər verir ki, təyyarədə 36 ton yardım – müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər və çadırlar zəlzələ qurbanları üçün çatdırılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mehriban #Əliyevanın #göstərişi #ilə #yardım #təyyarəsi #Türkiyəyə #yola #düşür