fbpx

Mehriban Xanlarovadan mərhum xalq artistini təqdin edənlərə REAKSİYA

BEY.AZ informasiya agentliyi xəbər verir


Əməkdar artist Mehriban Xanlarova mərhum Azərpaşa Nemətov barədə status yazan aktyorlara sərt reaksiya verib.

Metbuat.az xəbər verir ki, bu barədə aktrisa “Instagram”da paylaşım edib. O, Azərpaşa Nemətov öldükdən sonra onun haqqında mənfi status yazan həmkarlarını qorxaq adlandırıb.

“Sosial şəbəkələrdə oxuyuram ki, bu gün dünyasını dəyişən və hələ dəfn olunmamış Azərpaşa Nemətov haqqında artıq-əskik danışırlar. Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır! Cəsarəti çatan çıxıb sözünü deyərdi! Kimsə öləndən sonra ona qarşı “şirə dönmək” qorxaqlıqdır! Bu ölümdən hamı üçün var! Kimə rəhmət düşür, ya düşmür Allahın biləcəyi işdir!”

Qeyd edək ki, aktyor Hikmət Rəhimov qalmaqal yaşadığı Azər Paşa Nemətovla bağlı statusu da müzakirələrə səbəb olub: “Elə yaşayın ki, bir gün ….. təpik vurub bu planetdən sizi aşırdanda, bir heç olduğunuzu tanrı qarşısında anlayasınız. Sənə heç bir rəhmət düşmür, sənə bunu demişdim. İndi o anı yaşayıram. Allah həqiqətən böýükdür”.

Aktyor Kamran Yunis mərhum Xalq artisti Azər Paşa Nemətovu tənqid edərək bunları yazıb: “Bu da öldü… İndi kim: Mən! Mən! Mən deyəcək? Bəlkə də belə yazmaqda haqsızam, amma elə yaşayaq ki, rəhmət deyənlər çox olsun! Fuad Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayğı yoxdur. Hələ teatrdan qovduğu həqiqi istedadlı gəncləri sadalamıram. İlham Hüseynov, Hikmət Rəhimov, Murad İsmayıl… Bu gənclər hərəsi bir teatrdır. Ustadınızdır, gedin yas tutun. Mənim dəyərlər sistemim belədir”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mehriban #Xanlarovadan #mərhum #xalq #artistini #təqdin #edənlərə #REAKSİYA

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin