“Memar Əcəmi”də sakinləri narahat edən hallar aradan qaldırıldı
Paytaxtın Nəsimi rayonunda Memar Əcəmi metrostansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
BEY.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib.
O qeyd edib ki, həmin ərazidə mövcud olan sanitar-epidiemoloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib.
“Buna baxmayaraq hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədi ilə vətəndaşların müraciətləri dərhal nəzarətə götürülüb”, – deyə məlumatda qeyd edilib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |