fbpx

Meqazəlzələ xəbərdarlığı edildi – Sunami ola bilər

Rüya Yorumları burda


Yaponiya Meteorologiya Agentliyi (JMA) tarixində ilk dəfə meqazəlzələ xəbərdarlığı edib.

BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, xəbərdarlıq avqustun 8-də Kyuşu sahillərində baş verən 7,1 bal gücündə zəlzələdən bir neçə saat sonra edilib. Xəbərdarlıqda bildirilir ki, gələcəkdə zəlzələ baş verərsə, güclü təkanlar və böyük sunamilər baş verəcək.

Məlumata görə, meqazəlzələ xəbərdarlığı edilən ərazi Sakit Okeanda keçmişdə güclü zəlzələlərin baş verdiyi iki tektonik plitə arasında 800 km uzunluğunda zonadır. Daha bir güclü zəlzələ ehtimalının normadan yüksək olduğu bildirilir, lakin dəqiq deyil.

Xəbərdarlıqda insanlara baş verə biləcək fəlakətlərə hazırlıqlı olmaqla gündəlik həyatlarını davam etdirmələri, əlilliyi olan insanların, qocaların və uşaqların təxliyəsi tövsiyə olunub. Bildirilib ki, güclü zəlzələ olarsa, Sakit okean sahillərində də böyük sunami gözlənilir.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu