Merih Demiral türk klubuna doğru
Türkiyəli müdafiəçi Merih Demiral “Fənərbağça”ya keçə bilər.
BEY.AZ bildirir ki, bu barədə türk mediası məlumat yayıb. Məlumata görə, klub artıq oyunçu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Merih “Fənərbağça”nın yetirməsidir. O, hazırda Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunda forma geyinir və son mövsümdə 21 matçda meydan çıxıb. Oyunçu Türkiyə millisinin heyətində 48 oyun keçirib və 4 qol vurub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |