Messi artıq yoxdur: “Onun üçün ağlayırlar”
BEY.AZ informasiya agentliyi xəbər verir
Böyük Britaniya mətbuatı hazırki futbolçulardan ibarət ən dəyərli 11-liyi açıqlayıb.
Metbuat.az xəbər verir ki, illərdir həm oynadığı futbolla həm də transfer qiyməti ilə ilk sıralarda olan Lioenel Messi bu dəfə ən dəyərli futbolçulardan ibarət 11-liyə düşə bilməyib. Messinin siyahıda yer almamasını Britaniya mediası “Messi artıq yoxdur. Onun üçün ağlayanlar belə var” başlığı ilə paylaşaraq Messi fanatlarının üzüntüsünə işarə edib.
Messi bundan əvvəl müxtəlif kateqoriya üzrə açıqlanan 11-liklərdə də yer almamışdı. Siyahıda Kriştiano Ronaldonun da olmaması diqqət çəkir. Dünyanın ən bahalı 11-liyi isə belədir:
Canluici Donnarumma: 63 milyon funt sterlinq
Trent Aleksandr-Arnold: 75 milyon funt sterlinq
Yoşko Qvardiol: 85 milyon funt sterlinq
Juan Kanselu: 69 milyon funt sterlinq
Ruben Dias: 94 milyon funt sterlinq
Fil Foden: 106 milyon funt sterlinq
Pedri: 116 milyon funt sterlinq
Cud Bellinqem: 115 milyon funt sterlinq
Kilian Mbappe: 176 milyon funt sterlinq
Vinisius Junior: 159 milyon funt sterlinq
Erlinq Haland : 130 milyon funt sterlinq
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.