Messi bu hərəkətinə görə cəzalandırıla bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi cəzalandırıla bilər.
Metbuat.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.
Buna səbəb 36 yaşlı argentinalı hücumçunun “Nyu York Red Bulls”la oyundan sonra jurnalistlərə müsahibə verməməsi və media nümayəndələri ilə ünsiyyətdən imtina etməsidir.
Liqa qaydalarına görə, qarşılaşmalardan sonra futbolçular jurnalistlərin müsahibə istəyini geri çevirməməlidirlər.
Qeyd edək ki, Lionel Messi “İnter Mayami”nin heyətində keçirdiyi 9 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Messi #hərəkətinə #görə #cəzalandırıla #bilər