Messi Səudiyyə Ərəbistanına icarəyə verilə bilər
“İnter Mayami”nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanı çempionatı klublarından birinə keçə bilər.
Metbuat.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Səudiyyə Ərəbistanı klublarındna biri argentinalı futbolçunu 2024-cü ilin fevral ayının sonuna qədər, MLS-də yeni mövsüm başlayana qədər icarəyə götürə bilər.
Xatırladaq ki, oktyabrın 8-də “İnter Mayami” “Cincinnati”yə uduzaraq (0:1) turnirin pley-off mərhələsinə çıxmaq şanslarını itirib. Buna görə də Messi uzun müddət istirahət edəcək.
Bu mövsüm Messi “İnter Mayami”nin heyətində 13 oyun keçirib, 11 qol vurub və 5 qolun ötürməsini verib.