Messi və Neymardan sonra PSJ-nin “bərəkəti” qaçdı
Fransanın PSJ klubu sponsorlarla problem yaşayır.
BEY.AZ GFFN nəşrinə istinadən xəbər verir ki, bu, Lionel Messi və Neymarın gedişindən sonra baş verib.
Messinin Paris təmsilçisi ilə vidalaşmasının ardından klubun sosial şəbəkələrdə abunəçilərinin sayı 10-15 milyon nəfər azalıb. Həmçinin bir çox sponsorlar PSJ ilə əməkdaşlığa son qoymaq barədə düşünür. Bundan əlavə, hər iki futbolçunun ayrılması ilə bilet satışı da azalıb.