Messinin qaldırdığı kubok saxta imiş
BEY.AZ informasiya agentliyi xəbər verir
Argentina millisinin kapitanı Lionel Messinin instaqram tarixində ən çox bəyənmə alan dünya kuboku ilə bağlı paylaşımındakı kubok saxta imiş.
Metbuat.az “Ntvspor”a istinadən xəbər verir ki, Messi qaldırdığı kubokun saxta olduğunu özü də bilməyib. Bildirilir ki, kubokun saxta olduğunu Messiyə Anxel di Mariya deyib. İddialara görə, Argentinadan olan cütlük kubokun oxşarını hazırlayıb və onu oyun zamanı imzalanması üçün stadiona göndərib. Saxta kubok stadiona gətiriləndən sonra bir neçə futbolçu tərəfindən imzalanıb. Daha sonra futbolçuların ailələri saxta kubokla foto çəkdiriblər. Daha sonra cütlük Messinin paylaşdığı fotoya baxanda onun saxta kuboku başı üzərinə qaldırdığını müşahidə ediblər.
Qeyd edək ki, Messinin paylaşımı instaqramda 74 milyon bəyənmə alıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Messinin #qaldırdığı #kubok #saxta #imiş