Mesut Özil Bakıda uşaqlarla futbol oynadı
Almaniya millisinin sabiq futbolçusu Mesut Özil Bakıdakı “Azərsun Arena”da azyaşlılarla futbol oynayıb.
BEY.AZ-ın məlumatına görə, “Ulduz” Futbol Akademiyasının və “Qarabağ”ın oyunçuları keçmiş yarımmüdafiəçi ilə meydanda top qovublar.
Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada “Şalke 04”, “Verder”, İspaniyada “Real”, İngiltərədə “Arsenal”, Türkiyədə “Fənərbağça” və “Başakşehir” kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |