fbpx

“Meta” bu hərəkətləri ilə özünü gözdən salır



Rusiya KİV-lərinin hesablarının bloklanması Amerikanın “Meta” korporasiyası ilə münasibətlərin perspektivlərin çətinləşdirir.

BEY.AZ xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, Kreml şirkətin hərəkətlərini çox mənfi qiymətləndirir.

“Meta bu hərəkətləri ilə özünü gözdən salır və təbii ki, Rusiya mediasına qarşı belə hərəkətlər yolverilməzdir. Ona görə də bizim buna son dərəcə mənfi münasibətimiz var və bu, əlbəttə ki, münasibətlərimizin normallaşdırılması perspektivlərini çətinləşdirir”.

Qeyd edək ki, sentyabrda ABŞ “Russia Today”ə və media qrupunun rəhbəri Dmitri Kiselyova, həmçinin RT telekanalına və onun baş redaktoru Marqarita Simonyana qarşı sanksiyalar tətbiq edib . ABŞ hakimiyyət orqanları bu KİV-ləri Amerika seçkilərinə müdaxilə üçün informasiya kampaniyasına cəlb edilmiş hesab edirlər. Dövlət Departamenti ABŞ, Böyük Britaniya və Kanadanın RT-yə qarşı diplomatik kampaniya apardığını bildirib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin