fbpx

Metbuat.az 5 yaşını qeyd edir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 21-də Metbuat.az xəbər portalının peşəkar fəaliyyətə başlamasından 5 il ötür.

2012-ci ildə yaradılan sayt 2017-ci il 21 fevral tarixindən etibarən peşəkar kollektivlə özəl xəbər istehsalına başlayıb. Ölkənin sosial-iqtisadi,siyasi həyatında baş verən hadisələrə daima operativ reaksiya göstərən “Metbuat.az” saytı, Azərbaycanın media məkanında, ümumən ictimai mühitində oturuşmuş mövqeyə, sanballı çəkiyə məxsus media orqanlarından biri kimi, ölkənin peşəkar KİV qurumlarının cəmləşdiyi Mətbuat Şurasına üzv qəbul edilib. Ötən ilin iyul və 2022-ci ilin yanvar ayında keçirilən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərindən biri olub.

Portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən 100-dən çox xəbər, müsahibə, reportaj, köşələr dərc olunur.

Rüya tabirlerini burdan oku

Hər zaman dövlətçilik prinsiplərindən çıxış edən Metbuat.az çoxsaylı oxucuların etimadını qazanıb. Saytın 5 illik fəaliyyəti ilə bağlı düşüncələrini bölüşən xəbər saytının da daxil olduğu RMEDİA MMC-nin rəhbəri Ramil Mirzəyev bildirdi ki, saytın bu illər ərzində çox saylı media agentlikləri arasında öz layiqli yerini tutmasının başlıca səbəbi hadisələrə obyektiv və operativ münasibət sərgilənməsidir.

Saytın peşəkarlıq səviyyəsini yüksəltməyin daim kollektivin gündəmində və diqqətində olduğunu xatırladan Ramil Mirzəyev onu da vurğuladı ki, məhz bu əzmkarlıq, məhsuliyyət və işə olan sevgi sayəsində gələcəkdə saytın fəaliyyətində də yeniliklərə istiqamətlənən layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

“Qarşımıza qoyduğumuz əsas məqsəd operativ xəbər saytı olaraq daim oxucu kontingentimizi genişləndirmək və artan oxucu inamı ilə bəyənilən, reytinqli xəbər saytlarının arasında daim sayılıb-seçilən olmaqdır. Aylıq oxucu sayımız 1 milyon civarındadır. Qeyd etmək istərdim ki, iki ay əvvəl yeni “Mətbuat TV” adlı “Youtube” kanalımız fəaliyyətə başlayıb. Qısa müddət ərzində yaranmasına baxmayaq, təqdim etdiyimiz videolar 10 minlərlə baxış sayı əldə edir. Növbəti hədəflərimiz arasında saytımızın xarici dil imkanlarını artırmaq, qlobal mediaya çıxış imkanı qazanmaq da yer alır”.

Qeyd edək ki, Hazırda Metbuat.az “Facebook”, “Twitter”, “Instagram”, “Youtube” və “TikTok” kimi sosial media platformalarında da təmsil olunur.

Metbuat.az kollektivi olaraq, bu illər ərzində bizi daima izləyən, təklif və iradları ilə saytımızın inkişafında qatqısı olan hər kəsə xüsusilə də oxuculara təşəkkürümüzü bildiririk.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu