fbpx

Metroda gediş haqqı 70 qəpik olacaq?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Ötən il metropoliten ilə bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib – “Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədov deyib.

BEY.AZ “Ölkə.az”a istinadən xəbər ki, qeyd olunan xərc hazırda müəyyən olunan 40 qəpiklik gediş haqqından 1,7 dəfə çoxdur.

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, metropoliten rəhbərliyi zaman-zaman bu məsələni gündəmə gətirir, sərnişindaşımanın maya dəyərinin yüksək olduğunu söyləyirlər:

“Nə köhnə, nə də yeni rəhbərlik bunun hesablanma qaydaları ilə bağlı açıqlama verməyib. Maya dəyəri hesablanarkən hansı metodologiyadan istifadə olunur və bu metodologiya beynəlxalq standartlara uyğundurmu? Hesablama apararkən hansı parametrlər əsas götürülür? 1 və 10 dayanacaq gedənlərin hər birinin maya dəyəri 68 qəpikdirmi? Bu metodologiya ilə bağlı hesabat vermədikcə, göydən götürülən rəqəmləri açıqladıqları ilə bağlı təəsürat yaranır”.

Ekspert deyir ki, belə açıqlamaların əsas səbəbi gələcəkdə qiymətin artırılması ilə bağlı ictimai rəy yaratmaqdır:

Rüya tabirlerini burdan oku

“Bu, ictimai rəyi metroda gediş haqqının artırılacağı yönündə hazırlamaqdan başqa bir şey deyil. Maya dəyərinin hesablama metodologiyası ilə bağlı ictimaiyyətə məlumat verilməlidir ki, hansı parametrlər əsasında 68 qəpik xərcin yarandığını bilək”.

Onu da qeyd edək ki, artıq metroda gediş haqqı tariflərini təsdiqləmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Metroda #gediş #haqqı #qəpik #olacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu