Metronun Bənövşəyi xəttindəki stansiyalarla bağlı vacib AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
“Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttindəki stansiyaların ətrafında yol-nəqliyyat infrastrukturunda əlavə tənzimləmə, optimallaşma aparıla bilər.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, yeni açılmış “Xocasən” stansiyası ilə bağlı monitorinqlər aparılıb: “Monitorinqlər göstərdi ki, proqnozlar özünü doğruldur. Stansiyanın birinci mərhələdə istifadəyə verilməsi doğru planlamadır və ona tələbat olacaq. Ən əsası, bu istiqamətdə yol-nəqliyyat infrastrukturunda əlavə tənzimləməyə də ehtiyac yaranacaq. Bu isə yaxın gələcəyin işi olacaq. Tək “Xocəsən” deyil, “Bənövşəyi xətt” üzrə stansiyaların ətrafında bunu etməklə optimallaşma aparıla bilər. Bunun üçün xəttin stansiyalarında da sorğularımız, monitorinqlərimiz, təhlillərimiz olacaq. Elə bu gün bir neçə təklif-təşəbbüs də eşitdik. Ən əsası, paytaxtın bir istiqaməti də ən sürətli nəqliyyata calandı”.
Xatırladaq ki, dekabrın 23-də Prezident İlham Əliyev metronun 27-ci stansiyası olan “Xocəsən”in və eyni adlı deponun açılışını edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Metronun #Bənövşəyi #xəttindəki #stansiyalarla #bağlı #vacib #AÇIQLAMA