Meydandan qalib ayrılaraq finala keçən komandalar bəlli olub
BEY.AZ informasiya agentliyi xəbər verir
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra turnirin finalçıları bəlli olub.
Metbuat.az xəbər verir ki, Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan “Leyptsiq” bu dəfə “Reyncers”lə Şotlandiyada üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən ev sahibləri finala vəsiqə əldə ediblər.
Gecənin digər oyununda isə Almaniya “Ayntraxt”ı evdə İngiltərə “Vest Hem”ini qəbul edib. Almaniya təmsilçisi 1:0 hesabı ilə meydandan qalib ayrılaraq finalçı adını qazanıb.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.