Meymunçiçəyi növbəti pandemiyaya çevrilə bilər?
BEY.AZ informasiya agentliyi xəbər verir
Koronavirusdan sonra meymunçiçəyi də növbəti pandemiyaya çevrilə bilər?
Metbuat.az “The Conversation” nəşrinə istinadən xəbər verir ki, meymunçiçəyi kimi yoluxucu xəstəliklərin ortaya çıxması COVID-19 pandemiyasından sonra insanlar arasında böyük narahatlıq yaradıb.
Meymunçiçəyi indiki inkişaf etmiş dünyada yayılana qədər laqeyd qalmış tropik xəstəlik idi. Lakin bu halların trayektoriyası Afrikadakı ötürülmə nümunəsi ilə birlikdə virusun pandemiyaya çevrilməyəcəyini göstərir.
Bəs çiçək peyvəndi meymunçiçəyi xəstəliyindən qoruyurmu?
Nəşrin məlumatına görə, çiçək peyvəndi – meymunçiçəyi ilə təmasdan əvvəl və ya sonra tətbiq olunur. Bu peyvəndlər meymunçiçəyi infeksiyasının qarşısını ala və ya təsirini azalda bilər. Bununla belə, köhnə nəsil çiçək vaksinləri barədə nadir hallarda olsa da, ciddi mənfi təsirlər ortaya çıxmışdır. Müasir peyvəndlər isə artıq mövcuddur və immun sistemi zəif olanlar da daxil olmaqla, bütün insanlar arasında istifadə üçün təhlükəsiz hesab olunur.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin İmmunlaşdırma Təcrübələri üzrə Məsləhət Komitəsi isə virusa məruz qalmadan əvvəl peyvənd tövsiyə edir. Peyvəndin ticarət adı ABŞ-da “Jynneos”, Kanadada “Imvamune” və Avropada “Imvanex”dir.
Kanadada və digər inkişaf etmiş ölkələrdə 1972-ci ildən əvvəl doğulmuş insanlar çiçək xəstəliyinə qarşı peyvənd olunublar. Peyvənddən sonra toxunulmazlıq yaşla azalmağa meylli olsa da, sağlam insanlarda çiçək peyvəndindən sonra ömür boyu yoluxmamaq norma kimi görünür.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.