fbpx

Meyvə və tərəvəzlərin qabığı da faydalıdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Aşağı karbohidratlı meyvələr diabet pəhrizi üçün yaxşıdır. Həkim-diyetoloq Erin Polinski-Uayd bu meyvələri və giləmeyvələri şəkəri yüksək olanlara tövsiyə edir.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, qaragilə və çiyələk. Antioksidant və sellülozlarla zəngin olması baxımından giləmeyvələr diabet xəstələri üçün super məhsuldur. Bir fincan təzə qaragilənin tərkibində 84 kalori və 21 qram karbohidrat olur.

Albalı. Bir fincan albalının tərkibi iltihaba qarşı faydalı olan 52 kalori və 12,5 q karbohidratdan ibarətdir. Antioksidantlarla zəngin olan turş albalı, həmçinin ürək xəstəlikləri, xərçəng və digər xəstəliklərə qarşı mübarizədə müsbət təsirə malikdir.

Rüya tabirlerini burdan oku

Armud. Sellülozla zəngin olan orta ölçülü bir armudun tərkibində sellülozun gündəlik normasının təxminən 5,5 q və ya 20 faizi olur. Bu baxımdan armudun diabet rasionuna əlavə olunması məsləhətdir. Bundan əlavə, əksər meyvələrdən fərqli olaraq armudun dəriləndən sonra dadı həqiqətən yaxşılaşır.

Armudu yetişənə və yemək üçün ideal olana kimi otaq temperaturunda saxlayın (daha sonra onu soyuducuya yerləşdirmək olar).

Alma. Orta ölçülü alma daha məsləhətlidir. Sellülozla (orta ölçülü bir almada gündəlik normanın 16 faizi, təxminən 4 qram) zəngin olan almanın tərkibində həm də müəyyən miqdarda S vitamini var. Yəni, orta ölçülü bir almanın tərkibində 8,73 mq S vitamini olur ki, bu da gündəlik normanın təxminən 9 faizini təmin edir. Harvard Universitetinin “TH Chan” ictimai səhiyyə məktəbinin məlumatlarına görə, almanın həm də qabığı əlavə sellüloza və qoruyucu ürək antioksidantlarına malikdir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu