“Microsoft” yenidən Azərbaycana qayıdır
BEY.AZ informasiya agentliyi xəbər verir
SOCAR və “Microsoft” arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum rəqəmsallaşma, innovasiya, İT, kibertəhlükəsizlik s. sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib. O bildirib ki, bu, Azərbaycanın İT və innovasiya mühiti üçün çox ciddi və əhəmiyyətli bir addımdır:
“Xatırladıram ki, ötən il Microsoft-un Azərbaycan ofisi fəlaliyyətini dayandırıb və bütün əməkdaşları işdən azad edilib. “Microsoft Azərbaycan” bağlanandan sonra bu qurumun regional ofisləri ETN və AzİnTelecom-la iş birliklərinin qurulması istiqamətində müəyyən addımlar atılmışdı. Amma SOCAR-la imzalanan memorandum bu qlobal şirkətin ölkəmizdəki ofisi bağlanandan sonra ilk ciddi anlaşmadır. Ümid edirəm davamlı olacaq və ölkədə rəqəmsal transformasiya proseslərinə, innovasiyaların inkişafına, kibertəhlükəsizliyin təmin edilməsinə, kadrların hazırlanmasına böyük töhfələr verəcək.
Ümid edirəm bu memorandum sadəcə Microsoft həllərinin və lisenziyalarının alınmasını nəzərdə tutumayıb, daha böyük hədəflər müəyyən edib. Xatırladıram ki, Ermənistanda 2011-ci ildən Microsoft, USAİD və Ermənistan hökumətinin təşəbbüsü ilə Microsoft İnnovasiya Mərkəzi fəaliyyət göstərir. Yeri gəlmişkən, bir müddət öncə SOCAR ilə “Cisco Systems Inc” arasında da rəqəmsal transformasiya sahəsində anlaşma memorandumu imzalanmışdı. SOCAR rəhbərliyinin Microsoft-un yenidən Azərbaycana dəvət edilməsi və fəaliyyətinin təşkili, ciddi işbirliyinin yaradılması istiqamətindəki səyləri təqdirəlayiqdir”, – deyə o qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Microsoft #yenidən #Azərbaycana #qayıdır